Cümə , 19 Aprel 2024
Drone Cameras

Tahir Salahovun karantinə alınan qızından İLGİNC AÇIQLAMA

Xalq rəssamı Tahir Salahovun rəssam qızı Aydan Salahova koronavirus şübhəsi ilə karantinə alınıb.

Boyukmillet.com-un məlumatına görə, Aydan bu barədə instaqram səhifəsində bildirib:

“Mənə palata veriblər, içəridə ancaq özüməm. Vanna otağı, siqaret çəkmək üçün eyvan var. Otaqdan çıxmağa icazə verilmir. İtaliyadan gələndə yanımda nə var idisə, hər şeyi götürüblər.

Mənə elə gəlir ki, çoxları epidemiyanın, pandemiyanın nə olduğunu anlamır. Dövlət hansısa qanunlar qəbul edirsə, onlara inanmalıyıq. İndi xəbərləri dinləmək, deyilənləri etmək ərəfəsidir. Bunların hamısına İtaliyada şahid olmuşam. İtalyanlar da inanmırdılar, aktiv ünsiyyəti davam etdirdilər və sonra bir-bir ölməyə başladılar. Əgər evdə otursaq, insanlara və xəstəliyin yayılmasının qarşısının alınmasına kömək edəcəyik. Hamı karantindən qorxur. Qorxmaq lazım deyil”.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …