Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Taliban Türkiyədən yardım istədi

Taliban -ın Qətər Siyasi Bürosunun sözçüsü Məhəmməd Naim Vardak, Türkiyə başda olmaqla bütün ölkələrdən Əfqanıstan xalqına və Əfqanıstana kömək istədiklərini söyləyib.

“Türkiyə əhəmiyyətli bir ölkədir, türk xalqı müsəlman və qardaş xalqdır. Türkiyə ilə tarixi, sosial və mədəni əlaqələrimiz var”, – deyə münasibətləri yaxşılaşdırmaq istədiklərini və Talibanla Türkiyə arasında əlaqə qurduqlarını söyləyib.

Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, Talibanın Türkiyənin dəstəyinə ehtiyacı barədə soruşulduqda, Vardak:

“Buna heç bir şübhə yoxdur. Biz bunu (dəstəyi) istəyirik. “

Türkiyənin Əfqanıstanda və ölkənin yenidən qurulmasında əhəmiyyətli, konstruktiv və müsbət rol oynaya biləcəyini və bu rola ehtiyac duyduqlarını vurğulayan Vardak, iki ölkə arasındakı əlaqələrin quruluşu ilə bağlı bunları deyib:

“Əlaqələrimizdə iki əsas məsələ var. Birincisi İslam dininin prinsipləri, ikincisi isə ölkənin və xalqın mənafeləridir. Bu iki məsələ səbəbindən yaxşı, konstruktiv və pozitiv münasibətlər qurmaq istəyirik. Xüsusilə Türkiyə ilə əlaqələr. Türkiyə ilə heç bir problemimiz yoxdur. “     

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …