Cümə , 10 May 2024
Drone Cameras

“Taliban”dan əfqan qadınları ilə bağlı ŞOK QƏRAR

“Taliban” Əfqanıstanda işləyən qadınların “keçici mərhələdə” evdən çıxmamalarının vacib olduğunu elan edib.

Boyukmillet.com xəbər verir ki, bunu paytaxt Kabildə “Taliban”ın sözçüsü Zabihullah Mücahid deyib.

O, buna səbəb kimi təhlükəsizlik qüvvələrinin qadınlarla danışmaq mövzusunda seminar keçmədiyini göstərib:

“Bəziləri ümumiyyətlə qadınlarla necə danışmaq lazım olduğunu bilmir. Bu qərarımız qadınların pis hadisələrlə rastlaşmasını əngəlləmək üçündür”.

Mücahid bildirib ki, “keçici mərhələdə” evdə qalacaq qadınlar işlərindən çıxarılmayacaq və maaşlarında da problem olmayacaq.

“Taliban” həmçinin əfqanların Kabil hava limanına getməsinə icazə verilməyəcəyini açıqlayıb. Buna səbəb kimi müşahidə olunan xaosu göstərib.

Hava limanı ətrafında gözləyən kütlənin evə dönməsini vacib sayan sözçü əlavə edib ki, bu şəxslərin hər birinə təhlükəsizlik qarantiyası verirlər.

ABŞ-ın insanları hava limanına davam etdiyini bildirən Mücahid deyib ki, amerikallardan tələb edirlər ki, əfqanları ölkəni tərk etməyə cəsarətləndirməsin: “Bu insanların istedadlarına ehtiyacımız var”.


Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …