Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Tarixi torpaqlarımıza – Qərbi Azərbaycana qayıdış bizim təbii hüququmuzdur” – RƏY

“Tarixi torpaqlarımıza – Qərbi Azərbaycana qayıdış bizim təbii hüququmuzdur”.

Bunu “Report”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, hazırda yaranmış yeni reallıqlar kontekstində xalqımızın qarşısında duran ən mühüm strateji vəzifələrdən biri tarixi torpaqlarımıza, Qərbi Azərbaycana qayıtmaqdır:

“Tarixdən də bəlli olduğu kimi, XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib”.

V.İskəndərov bildirib ki, Vətən müahirbəsindəki tarixi zəfərdən sonra yeni reallıqlar yaranıb:

“Həmin reallıqlar fonunda Azərbaycan xalqı zorla didərgin salındığı dədə-baba torpaqlarına qayıtmalıdır. Onu da qeyd edim ki, azərbaycanlıların öz tarixi vətənlərinə, evlərinə qayıdışı dünyadakı təməl insan hüquqlarından biridir. Yəni beynəlxalq hüquq bizim tərəfimizdədir. Didərgin salınmış hər bir azərbaycanlı ailəsinin öz doğma torpaqlarına, o cümlədən Qərbi Azərbaycana qayıtma hüququ var. Ermənistan dövləti Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış “geri qayıtmaq hüququ”nu tanımağa məhkumdur”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …