Çərşənbə , 8 Aprel 2026
Drone Cameras

Tayvan öz qırıcılarını Amerika raketləri ilə təchiz edir

Tayvan “F-16V” qırıcılarını Amerikanın yeni istehsalı olan “AIM-9X Sidewinder” hava-hava raketləri ilə təchiz edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə adanın Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsinə istinadən “South China Morning Post” qəzeti yazıb.

Bildirilib ki, yeni raketlər qrafikə uyğun olaraq Tayvana çatdırılıb və quraşdırılıb. Bundan başqa ehtiyatda olan bütün təyyarələr də döyüş hazırlığı standartlarına uyğun silahlarla təchiz ediləcək.

Qeyd olunub ki, Tayvanın Çiayi Hərbi Hava Qüvvələri bazasındakı bütün 64 “F-16V” qırıcıları izləmə və dəqiq zərbə imkanlarını təkmilləşdirmək üçün “AIM-9X Block II” raketləri ilə təchiz edilib.

Check Also

“Tarixi sazişə çox az qaldı”: Tramp İranla 15 bəndlik planı açıqladı

ABŞ Prezidenti Donald Tramp AFP agentliyinə verdiyi eksklüziv müsahibədə İranla uzunmüddətli həlli nəzərdə tutan 15 …