Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Tayvanda avtobus aşıb, ölən və yaralananlar var

Çin Respublikası – Tayvanın İlan qəzasında turist avtobusunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı 1 nəfər ölüb, 38 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə adanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Taypinşan Meşə Qoruğuna gedən yolda baş verib.

İlkin araşdırmalara görə, avtobusun dağdan enərkən əyləc sistemi sıradan çıxıb. Sürücü əl əyləcini tətbiq etsə də, avtomobil dayanmayıb. Avtobus yoldan çıxaraq çəpərə dəyib, daha sonra qayaya çırpılaraq aşıb.

Avtomobildə 42 nəfər, o cümlədən Taoyuan şəhərindən olan 40 turist, həmçinin bələdçi və sürücü olub. Yoxlama sürücünün ayıq olduğunu göstərib. Yeddi nəfər ağır yaralanıb, daha beş nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Check Also

Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp fələstinliləri Qəzza zolağından köçürmək planını müdafiə edib və bu planın “həqiqətən …