Cümə , 27 Mart 2026
Drone Cameras

Tbilisidə Cənubi Qafqazın tranzit potensialından səmərəli istifadə müzakirə olunub

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qazaxıstan prezidentinin beynəxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Erjan Kazıxanovla görüşüb.

Boyukmillet.com xəbər verir ki, tərəflər iki ölkə arasında sıx tərəfdaşlıq və gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Görüşdə ticarət-iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirilib və bu kontekstdə yaxın vaxtlarda Tbilisidə keçiriləcək Qazaxıstan-Gürcüstan Hökumətlərarası İqtisadi Komissiyasının XI sessiyasının əhəmiyyəti vurğulanıb.

Tərəflər həmçinin Gürcüstanın və ümumilikdə Cənubi Qafqaz regionunun tranzit potensialından səmərəli istifadənin vacibliyini qeyd ediblər.

Söhbət zamanı kənd təsərrüfatı və nəqliyyat sahəsində gələcək əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …