Şənbə , 28 Mart 2026
Drone Cameras

Tbilisidə parlamentin yaxınlığında etirazçılar metal hasarı uçurublar

Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar parlamentin yaxınlığında Rustaveli prospektindən qanunverici orqanın yaxınlığında quraşdırılmış metal hasarı söküblər.

Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, aksiyaçılar xüsusi təyinatlıların səfərbər olunduğu parlamentin mərkəzi dəmir qapılarına çatıblar.

KİV-in məlumatına görə, polis etirazçılara qarşı bibər qazı və su şırnaqlarından istifadə etməkdə davam edir. Amma buna baxmayaraq etirazçılar meydanı tərk etmirlər.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …