Çərşənbə , 4 Mart 2026
Drone Cameras

TBMM qondarma “erməni soyqırımı”na dair qanun layihəsini geri qaytarıb

“Təəssüf ki, Türkiyə Böyük Millət Məclisində də diaspora casusu var. Hansı ki, o, qondarma “erməni soyqırımı”na dair qanun layihəsini məclisə təqdim edib. Çox şükür ki, bu biabırçı qanun layihəsi geri qaytarılıb”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib.

Onun sözlərinə görə, belə bir qanun layihəsini hazırlamaq türk millətinə, onun əcdadına qarşı təhqirdir.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Qaro Paylan qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı parlamentə qanun layihəsi təqdim edib.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …