Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

TBMM sədri parlament müxalifəti ilə konstitusiya dəyişikliklərinin müzakirəsinə başlayıb

Türkiyə parlamentinin rəhbərliyi ölkə konstitusiyasına nəzərdə tutulan dəyişikliklərlə əlaqədar TBMM-də təmsil olunan müxalifət partiyaları ilə məsləhətləşmələrə start verib.

Boyukmillet.com xəbər verir ki, Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş parlamentdəki müxalifət partiyaları ilə müzakirələrə başlayıb.

Məlumata görə, başlanan müzakirələr parlamentin tətildə olduğu müddətdə də davam etdiriləcək. Qeyd edilir ki, müzakirələrin yekununda əldə olunan nəticələr dəyərləndiriləcək və “yol xəritəsi” hazırlanacaq.

Bildirilib ki, konstitusiya dəyişiklikləri ilə əlaqədar müzakirələrdə əsas diqqət insan hüquq və azadlıqlarının möhkəmləndirilməsinə yönələcək.

Bu məsələ ilə bağlı hakim AK Partiya ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birgə komissiya yaratması nəzərdə tutulur.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …