Bazar , 11 Yanvar 2026
Drone Cameras

Tehranda İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb

İran əsilli Almaniya vətəndaşı Nahid Təqəvi İslam Respublikasında həbsdən azad olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Nahid Təqəvinin qızı Məryəm Klaren instaqram səhifəsində paylaşıb.

Məryəm Klaren yazıb: “Anam, nəhayət evə gəldi”.

Məlumata görə, Almaniya vətəndaşı olan 69 yaşlı Nahid Təqəvi 2019-cu ilin oktyabrında Tehrandakı evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Ümumilikdə min saatlıq istintaq zamanı ona 80 sual verilib, təzyiqlər edilib.

O, İran İnqilab Keşikçiləri Korpusunun təcridxanasında 200 gün təkadamlıq kamerada saxlanılıb. Hakim İman Əfşarinin sədrliyi ilə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Nahid Təqəvini “qanunsuz qruplaşmanın idarə olunmasında iştirak” və “rejim əleyhinə təbliğat aparmaq” ittihamları ilə 10 il 8 ay müddətinə azadlıqdan məhrum edib. O artıq cəzasının yarısını çəkib.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …