Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Tehranda silahlı şəxslər universitetə ​​atəş açıb, xəsarət alan var

Naməlum şəxslər İranın paytaxtı Tehranda yerləşən “Əllame Təbatəbai” Universitetini atəşə tutub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, hücum edənlər universitet işçilərindən birinə atəş açıblar, bundan sonra hadisə yerindən qaçıblar. Zərərçəkən xəstəxanaya çatdırılıb, onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edilir ki, silahlı şəxslər bir müddət həmin şəxsi təqib ediblər, ona atəş açan şəxsin üzü maskalı olub.

Cinayətkarların kimliyi hələ müəyyən edilməyib. Hadisənin mümkün səbəbləri barədə məlumat verilmir.

Check Also

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili …