Bazar , 8 Fevral 2026
Drone Cameras

“Teknofest Azərbaycan”a təcili yardım briqadaları təhkim olunublar

Bakıda ilk dəfə keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları təhkim olunublar.

Bakı Kristal Zalı və Dənizkənarı Milli Park ərazisində keçirilən “Teknofest Azərbaycan”da 2 həkim məntəqəsi (hərəsində 4 həkim olmaqla – pediatr, terapevt, travmatoloq, nevropatoloq və 2 tibb bacısı) fəaliyyət göstərir.

Həmçinin, ərazidə 2 Təcili və Təxirəsalınmaz Tibbi Yardım postu (hər postda 3 ambulans avtomobili, hər ambulansda 2 həkim və digər tibb işçilərindən ibarət briqada olmaqla) işə başlayıb.

Festival müddətində (26-29 may) briqadalar fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, “Teknofest” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə – Azərbaycanda təşkil olunur.

“Teknofest Azərbaycan”ın yerli təşkilatçısı isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

Check Also

SON DƏQİQƏ! Azərbaycanda quş qripi yayılıb? AÇIQLANDI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanvarın 12-16-da Azərbaycan ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi …