Cümə , 27 Mart 2026
Drone Cameras

Tezliklə lirənin məzənnəsinin sabitləşməsinə nail olunacaq

“Yaxın vaxtlarda lirənin məzənnəsinin sabitləşməsinə nail olunacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Ölkədə milli valyutada əmanətlərin həcmi artır”, – Ərdoğan maliyyə sisteminin gücləndirilməsi istiqamətində görülən tədbirlərdən danışarkən deyib.

Onun sözlərinə görə, müvafiq dövlət proqramının qəbulundan sonra türk lirəsindəki əmanətlər 23,8 milyarddan çox artıb və sürətlə böyüməkdə davam edir.

Türkiyə lideri onu da vurğulayıb ki, ölkə hakimiyyəti süni qiymət artımı və spekulyasiyaya qarşı qətiyyətli mübarizə aparacaq.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …