Cümə , 3 May 2024
Drone Cameras

Tibb işçilərinin əmək haqlarına dekabr ayı üzrə əlavələr ödənilib

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dekabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

Bu barədə  Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə 1 650 tibb işçisinə 1,5 mln manat məbləğində müddətli əlavə ödənilib. Həmin işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq verilib.

Check Also

Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb, bəzi məhsulların satışı dayandırılıb

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, M.S.Ordubadi küçəsi 7A ünvanında fəaliyyət göstərən bazarda Qida Təhlükəsizliyi …