Cümə , 22 Noyabr 2024
Drone Cameras

“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq

“TikTok” sosial şəbəkəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi və onun bağlanmasını nəzərdə tutan qanun layihəsinin qanuna çevriləcəyi təqdirdə ABŞ-də hüquqi mübarizə aparmağa hazırdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti “TikTok”un Şimali və Cənubi Amerikada dövlət siyasəti şöbəsinin rəisi Maykl Bekermana istinadən məlumat verib.

Aprelin 20-də ABŞ Nümayəndələr Palatası “TikTok”un sahibi olan “ByteDance” şirkətinin bir il ərzində sosial şəbəkəni satmaqdan imtina edəcəyi təqdirdə bu platformanın qadağan edilməsini mümkün edən qanun layihəsini qəbul edib. Satış reallaşmasa, onun ABŞ-dəki işi dayandırılacaq, “Apple” və “Google” proqramları sonradan yükləmək imkanı olmadan silmək məcburiyyətində qalacaqlar.

Bekerman sosial şəbəkə işçilərinə bildirib ki, belə bir qanun qəbul olunarsa, şirkət məhkəmədə iddia qaldıracaq. Onun sözlərinə görə, bu, digər şeylərlə yanaşı, söz azadlığını məhdudlaşdıran qanunvericiliyin qəbulunu qadağan edən ABŞ Konstitusiyasına birinci düzəlişin açıq şəkildə pozulmasıdır. “Biz sona qədər mübarizəyə davam edəcəyik”, – o deyib.

Check Also

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl …