Qazaxıstan 2026-cı ilə qədər İT xidmətlərinin ixracını 1 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.
Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Keçən il yerli İT sənayesinin ixracı 5 dəfə artıb. Mən onun həcmini 2026-cı ilə qədər 1 milyard ABŞ dollarına çatdırmağı qarşıma vəzifə qoymuşam”, – o vurğulayıb.
Onun fikrincə, Qazaxıstan qlobal rəqəmsal texnologiyaların mərkəzi kimi möhkəmlənməli və ən böyük beynəlxalq İT şirkətlərinin ofisləri üçün sığınacağa çevrilməlidir.
Kasım-Jomart Tokayev həmçinin 2 il ərzində süni intellekt üzrə ixtisaslaşmış məlumat mərkəzlərinin inşasını təmin etməyi tapşırıb.
Qazaxıstan lideri əlavə edib ki, məlumat mərkəzlərinin inşasında “Amazon”, “Google”, “Mastercard” və “Citigroup” şirkətləri iştirak edə bilər.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
