Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Tokio-2020: Tarixdə ilk dəfə türkiyəli qadın boksçular finala yüksəlib

Türkiyənin iki qadın boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında finala yüksəlib.

Boyukmillet.com-un məlumatına görə, 51 kq-da yarışan Buse Naz Çakıroğlu Çin Taypeyini təmsil edən Huanq Hsiao-Veni yarımfinalda məğlubiyyətə uğradıb.

68 kq-da mübarizə aparan Busenaz Sürmeneli isə hindistanlı Lovlina Borqohainə şans verməyib – 5:0. Çakıroğlu qızıl medal uğrunda Stoyka Krasteva (Bolqarıstan) ilə, Sürmeneli isə Gu Honqla (Çin) döyüşəcək. Hər iki qarşılaşma avqustun 7-də olacaq.

Qeyd edək ki, tarixdə ilk dəfə türkiyəli qadın boksçular olimpiadanın finalına yüksəlib. Tokio-2020 avqustun 8-də başa çatacaq.

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …