Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

Tokio Universiteti Azıx mağarası ilə maraqlanır

Azərbaycan ərazisində yerləşən Azıx mağarasında beynəlxalq səviyyədə tədqiqatlar aparılması gözlənilir.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev məlumat verib.

O, hazırda Türkiyənin Şanlıurfa şəhərində keçirilən, 2023-cü ildə baş tutacaq “Daş təpələr” (Göbəklitəpə) neolit dövrünə həsr olunacaq beynəlxalq konfransın təqdimatında iştirak edir.

“Azıx mağarası elmi mahiyyətinə görə YUNESKO-nun mədəni irs siyahısına daxil olmağa layiq abidədir. Bu abidənin unikallığı haqqında dünya ictimaiyyətində kifayət qədər məlumat var. 1970-1980-ci illərdə Azərbaycan və ümumilikdə SSRİ arxeoloqlarının onun tədqiq edilməsində iştirak edib. Bizim əsas fikrimiz budur ki, gələcəkdə Azıxdakı tədqiqatlar beynəlxalq səviyyədə aparılsın. Artıq bir neçə ölkədən təklif var. Xüsusilə də Yaponiyanın Tokio Universiteti bu abidə ilə çox maraqlanır. Biz, Azərbaycan qanunlarına hörmət edən, ərazi bütövlüyümüzü tanıyan bütün tədqiqatçılarla əməkdaşlıq etməyə hazırıq. Çünki o abidənin unikallığı təkcə Azərbaycan üçün yox, bütün dünya üçün önəmlidir”, – deyə F.Quliyev məlumat verib.

Check Also

Azərbaycana gələn turistlərin sayı niyə azalıb?

“Bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 …