Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Tovuzda ər arvadı bıçaqlayıb

Tovuzda bıçaqlanma hadisəsi olub.

Boyukmillet.com xəbər veri ki, hadisə Tovuz rayonunun Əyyublu kəndində fərdi yaşayış evində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Malik Mirzəyev qısqanclıq zəminində əlində olan mətbəx bıçağı ilə arvadı –
2000-ci il təvəllüdlü Tükəzban Mirzəyevanı vuraraq ona qarın boşluğuna işləyən bıçaq yarası və sağ
bazunun tış hissəsinin kəsilmiş bıçaq yarası xəsarətlərini yetirib.

Faktla bağlı Tovuz RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …