Tovuz rayon Nizami adına Mədəniyyət evində Tovuz rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Boyukmillet.com xəbər verir ki, tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsinə həsr olunmuş rəsm və kitab sərgisi ilə tanış olublar.
Xocalı Soyqırımı zaman həlak olan vətəndaşlarımızın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Tovuz rayon xalq teatrının və incəsənət ustalarının hazırladığı “Xocalı Sağalmaz Yaram” adlı ədəbi-bədii kompazisiyası tamaşaçılara təqdim edilib.
Tədbirin sonunda “Xocalı-bir millətin kədəri” adlı film nümayış olunub.
Qeyd edək ki, Xocalı soyqırımının 31-ci il dönümü ilə əlaqədar Şəhidlər Xiyabanı da ziyarət edilib.
Əvvəlcə şəhidlərimizin ruhuna dualar oxunub, daha sonra xiyabanda Vətən uğrunda şəhid olanların xatirəsinə inşa olunmuş abidə kompleksi önünə gül dəstələri qoyularaq Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.