Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

Tramp: “Əgər ABŞ Qrenlandiyanı götürməsə, bunu Rusiya və ya Çin edəcək”

Əgər ABŞ tez hərəkətə keçməsə Rusiya və ya Çin Qrenlandiyanı “ələ keçirə bilər”.

Boyukmillet.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı səsləndirib. Söhbət onun Florida ştatındakı Palm-Biçdə yerləşən Mar-a-Laqo iqamətgahında keçirdiyi həftəsonundan sonra, oradan Vaşinqtona qayıdarkən təyyarədə baş tutub.

“Əgər biz Qrenlandiyanı götürməsək, bunu Rusiya və ya Çin edəcək. Mən buna imkan verməyəcəyəm. . Qrenlandiya mütləq bizim olaca.  Qrenlandiyanın Vaşinqtonun nəzarətinə keçməsinin “daha sadə yolu” bunu razılaşma yolu ilə həyata keçirməkdir.”, – deyə Tramp bildirib

Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin zəruriliyindən danışıb. Hələ birinci prezidentlik müddəti dövründə o, adanı satın almağı təklif etmişdi. 2025-ci ilin martında isə onun anneksiyasının mümkünlüyünə əmin olduğunu bildirmişdi. Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller isə yaxınlarda Danimarkanın ada üzərində nəzarət hüququnu sual altına almışdı.

Check Also

Səudiyyəni Bəhreynlə birləşdirən körpü BAĞLANDI – İrandan HÜCUM TƏHLÜKƏSİ

Səudiyyə Ərəbistanı ölkəni Bəhreynlə birləşdirən Kral Fəhd körpüsünü bağlamaq barədə qərar qəbul edib. Boyukmillet.com  xəbər …