Şənbə , 27 Aprel 2024
Drone Cameras

Trampdan İran hakimiyyətinə sərt SÖZLƏR: “Qəddar, korrupsioner”

İranda yaşanan hadisələri yaxından izləyən Amerika prezidenti Donald Tramp  yenidən  İran rejimini hədəf alıb.

Boyukmillet.com Modern.az-a istinadən xəbər verir ki, Tramp şəxsi  “Twitter” hesabında baş verən hadisələrə reaksiya verib. O,  “İran xalqı nəhayət qəddar və korrupsioner İran rejiminə qarşı hücuma keçdi!” yazaraq  Iran hakimiyyətini kəskin tənqid edib.

D.Tramp paylaşımında ABŞ-ın eks-prezidenti Barak Obamanı da hədəf alıb.

“Obamanın axmaqcasına verdiyi bütün pulların hamısı terrorizmə getdi. Xalqın yeməyə çox az şeyi var, inflyasiya yüksək həddədir və insan haqqları yoxdur. ABŞ sizi izləyir!” deyə yazıb.

ABŞ prezidenti bundan əvvəl də  etirazlardan danışarkən İranda dəyişiklik vaxtının çatdığını bəyan etmişdi.

Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.

Məşhəddə başlayan aksiyaların iştirakçıları qiymətlərin artırılmasına etiraz edirlər. Ölkə rəsmiləri İran hökumətinin ölkə vətəndaşlarının ehtiyac və problemlərini həll etmək üçün əlindən gələni etdiyini və edəcəyini açıqlayıblar.

Son məlumatlara görə, kütləvi aksiyalar nəticəsində 23 nəfər ölüb, 500-dən çox adam saxlanılıb.

 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir