Bazar ertəsi , 1 İyun 2026
Drone Cameras

Trampdan Ukraynadakı müharibə cinayətləri ilə bağlı MÜHÜM QƏRAR

Ukraynada müharibə cinayətlərinin araşdırılması üçün ayrılan ABŞ maliyyəsinin əhəmiyyətli hissəsi dayandırılıb.

Boyukmillet.com xarici agentliklərə istinadən xəbər verir ki, Donald Tramp administrasiyası “Amerika hər şeydən əvvəl” siyasəti çərçivəsində xarici yardımları azaltmaq qərarı nəticəsində Rusiyanın Ukraynada törətdiyi iddia olunan müharibə cinayətlərinin araşdırılmasına yönəlmiş proqramlara ciddi zərbə vurub.

Məlumata görə, Ukrayna son illərdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ən böyük yardım alan ölkələrindən biri olub. Ayrılan vəsaitlərin bir hissəsi Rusiya ordusunun Ukraynada mülki şəxslərə qarşı törətdiyi iddia olunan cinayətlər, işgəncələr, məcburi deportasiyalar və uşaqların qaçırılması hallarının sənədləşdirilməsi və araşdırılmasına yönəldilib.

Reuters-in hesablamasına görə, 2022-ci ildən bəri Ukraynada müharibə cinayətlərinin araşdırılması təşəbbüslərinə azı, 283 milyon dollar ayrılıb. Agentlik bu rəqəmi onlarla mənbə ilə müsahibələr, hökumət sənədləri, ictimai hesabatlar və nəzarət orqanlarının məlumatları əsasında müəyyən edib.

Lakin Trampın 2025-ci ilin yanvarında USAID xətti üzrə maliyyələşmənin dayandırılması barədə göstərişindən sonra bu proqramların mühüm hissəsi ya bağlanıb, ya da davam etdirilməyib. Gələn xəbərlərə görə, araşdırma və sənədləşdirmə işlərinə ayrılan vəsaitlərin azı 40 faizini təşkil edən, təxminən 113 milyon dollarlıq proqramlar fəaliyyətini dayandırıb.

Müşahidəçilərə görə, bu qərar Ukraynada Rusiya ilə bağlı müharibə cinayətləri ittihamlarının beynəlxalq hüquqi müstəvidə araşdırılması prosesinə təsir göstərə bilər.

Check Also

Moskvadan İrəvana növbəti ağır zərbə: Rusiya Ermənistandan mal idxalını tamamilə qadağan etdi

Rusiya ilə Ermənistan arasında son günlər pik həddə çatan geosiyasi gərginlik fonunda rəsmi Moskva İrəvana …