Şənbə , 20 Aprel 2024
Drone Cameras

Türk xüsusi təyinatlıları İdlibə daxil olub

Türkiyə Silahlı Qüvvələrinin təyinatlıları və Kayseri komandosuna məxsus 100-dən çox hərbçi dünən gecə saatlarında İdlibə daxil olub.

Boyukmillet.com xəbər verir ki, Türk Xüsusi Təyinatlılarının beş günlük kəşfiyyat fəaliyyətindən sonra 30 zirehli texnika və 100-dən çox türk hərbçisi regionda əməliyyata başlayıb.

“Heyet Təhrir əl-Şam” qruplaşması ilə aparılan danışıqlardan sonra bordo beretlilər və mavi beretlilər boşalan yerlərə daxil olub.

ASO mənbələri türk əsgərinin Cilvəgözünün şərqində Keperlusin rayonundan keçərək İdlibə daxil olduğunu və yerli xalqın əsgərləri sevinclə qarşıladığını bildirib.

Astanada əldə edən razılaşmaya görə, türk əsgəri İdlibin 14 nəzarət məntəqəsində fəaliyyətini davam etdirəcək.

Türkiyə ordusunun İdlibə daxil olması ilə bağlı Türkiyə SQ Baş Qərargahı açıqlama verib. Məlumatda nəzarət məntəqələrinin formalaşdığı bildirilir. Astana danışıqlarının altıncı raundunda əldə olunan razılaşmaya görə, İdlibdə Türkiyə, Rusiya və İranın ümumilikdə 500 nəfər sülhməramlısı fəaliyyət göstərəcək.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir