Cümə , 30 Oktyabr 2026
Drone Cameras

Türkiyəli hərbçilər muxtar respublikanın tarixi abidələri ilə tanış olublar

“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Naxçıvan Muxtar Respublikasının görməli yerlərini gəzib, tarixi-mədəni abidələrlə və muzeylərlə tanış olublar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən boyukmillet.com-a verilən məlumata görə , qonaqlar Heydər Əliyev Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey komplekslərini, Naxçıvan Döyüş Şöhrəti Muzeyini, Duzdağ Fizioterapiya Mərkəzini ziyarət edərək zəngin təəssüratlarla ayrılıblar.

Türkiyəli hərbçilər gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hissə və bölmələrində şəxsi heyətin sosial-məişət şəraiti, mövqelərdə aparılan döyüş növbətçiliyi ilə yaxından tanış olublar.

Check Also

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian regiondakı vəziyyəti, eləcə də iki ölkə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir