Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Azərbaycan Türkiyə Evini (ATEV) ziyarət edib
Boyukmillet.com xəbər verir ki, Bakıya səfəri çərçivəsində Azərbaycan Türkiyə Evini (ATEV) ziyarət edən Y.Topçu ATEV sədri Tənzimlə Rüstəmxanlı ilə görüşüb. Görüş zamanı Y.Torçunu Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Ənvər Arslan və AK parti millət vəkili Mətin Gündoğdu müşayiət edib.
Görüşdə Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, Yalçın Topçu Türkiyədə ən çox tanınan siyasi simalardan biridir. Azərbaycanın hər zaman Yalçın bəyin siyasi fəaliyyətində prioritet yer tutmasını diqqətə çatdıran Tənzilə Rüstəmxanlı, onun 2016-cı ilin fevral ayında keçirilən Xocalı soyqırımı konfransında Türkiyə millət vəkillərini soyqırımın tanınmasına çağırışını, aprel döyüşləri sonrası cəbhə xəttini ziyarət etməsini xüsusi vurğulayıb.
Daha sonra ATEV-in fəaliyyəti barədə məlumat verib. Bildirib ki, dərnəkdə çox sayda elm adamları, yazıçılar, siyasi xadimlər, Türkiyədə və Azərbaycanda təhsil alan azərbaycanlı tələbələr var.
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Türkiyə-Azərbaycan münasibətlərindən danışıb. Qeyd edib ki, bütün türk dünyası bir ailədir, amma Türkiyə və Azərbaycan əkiz qardaşdır.
Y.Topçu Azərbaycanda xüsusən ATEV də Tənzilə Rüstəmxanlını ziyarət etməkdən onunla görüşməkdən şad olduğunu bildirib.
Görüşdə ATEV-in Ankara nümayəndəliyinin açılması haqqında qərar qəbul edilib və Ahmet Alican “Azərbaycan Türkiyə Evinin” Ankara təmsilçisi təyin edilib.
Daha sonra Xalq şairi Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlı adından Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu və nümayəndə heyətinin şərəfinə ziyafət verilib.(Interpress)
Boyukmillet.com