Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

“Türk Dövlətləri Təşkilatı 15 İyul Demokratiya və Milli Birlik Gününündə Türkiyənin yanındadır”

“Türkiyə dövləti və xalqı bu gün FETÖ terror təşkilatının xəyanətinə qarşı 15 İyul Demokratiya və Milli Birlik Gününü şərəflə qeyd edir. Demokratiyanın qələbə çaldığı Milli Birlik Günündə Türkiyənin yanındayıq”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatı (TDT) Baş Katibliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Türkiyə Cümhuriyyəti Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul 2016-cı il tarixində dövlətə, konstitusiya quruluşuna və xalqa qarşı törətdiyi xain çevriliş cəhdinə qarşı türk xalqı və təhlükəsizlik qüvvələri qəhrəmanlıqla şərəfli mövqe nümyiş etdirib: “Bu gün Türkiyə demokratik qələbəsinin yeddinci ildönümünü qeyd edir. Bu mənfur çevriliş cəhdi türk millətinin qanunun aliliyinə və ölkənin demokratik təsisatlarına sadiqliyini nümayiş etdirən daha bir qəhrəmanlıq dastanı ilə nəticələnib”.

Açıqlamada 15 İyul Demokratiya və Milli Birlik Günü münasibəti ilə TDT-nin Türkiyə Cümhuriyyəti, türk xalqı və bütün türk dünyası ilə həmrəy olduğu vurğulanıb.

Check Also

İranlı nazir müavini: Təhsil sistemində 120 tədris problemi aşkarlanıb

Təhsil sistemində 120 tədris problemi aşkarlanıb. Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın …