Cümə , 20 İyun 2025
Drone Cameras

Türkiyə səfiri Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı föqəladə və səlahiyyətli səfiri Birol Akgün Mətbuat Şurasında olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir məlumat verib.

“Bu gün hörmətli səfirimizlə Mətbuat Şurasında olduq. Azərbaycan mətbuatının 150 illiyini qeyd etdik. Türkiyə-Azərbaycan Media Platformasının səmərəli fəaliyyəti üçün məhsuldar məsləhətləşmələr apardıq. Azərbaycanda bir ili tamamladım. Sizin dəstəyinizlə çox uğurlu layihələr həyata keçirəcək, Türkiyə-Azərbaycan müttəfiqliyinə, qardaşlığına birlikdə xidmət edəcəyik”, – deyə diplomat qeyd edib.

Check Also

Ərdoğan Azərbaycanla bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanla bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir …