Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Türkiyə daha 100 vətəndaşını Kabildən təxliyə edib

Türkiyə vətəndaşlarının tərkibi 100 nəfərdən çox olan növbəti qrupu Əfqanıstanın paytaxtı Kabildən çıxarılıb.

Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar Türkiyənin Hərbi Hava Qüvvələrinin “Herkules” S-130 hərbi-nəqliyyat təyyarəsi ilə Əfqanıstanı tərk ediblər.

Təxliyə edilənlər arasında beş tibbi işçi də var. Onlar Türkiyənin hərbçiləri tərəfindən Kabilin mərkəzindən xilas ediliblər. Qeyd edilir ki, tibb işçiləri daha əvvəl paytaxtdan çıxmaqda çətinliklə üzləşiblər.

Məlumata görə, təyyarə Pakistanda yerə enəcək və sərnişinlər “Turkish Airlines” aviaşirkətinin reysi ilə Türkiyəyə çatdırılacaqlar.

Check Also

Gürcüstan parlamenti qrantlarla bağlı dəyişiklikləri qəbul edib, hökumətdən icazə alınmalıdır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. “Report”un Gürcüstan bürosunun məlumatına görə, …