Bazar , 11 Yanvar 2026
Drone Cameras

Türkiyə kəşfiyyatı Suriyada antiterror əməliyyatı keçirib, qadın terrorçuların “başçısı” ölüb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın Ayn-əl-Arab şəhərində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının “məsul şəxslərindən” biri Vahidə Atalay ölüb.

Boyukmillet.com xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, o, “Sorhin Çele” kod adı altında İraq və Suriyada müxtəlif terror hücumlarını təşkil və idarə edib.

Məlumata görə, Vahidə Atalay bundan başqa Suriyada YPG-nin qadın qolunda da əhəmiyyətli rola malik olub.

O, 2006-cı ildən indiyədək Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı bir sıra terror hücumlarında iştirak edib. Atalay 2006-2014-cü illərdə PKK terror qruplaşmasının tərkibində İraqda fəaliyyət göstərib. 2014-cü ildə Suriyaya keçərək Kamışlı, Ayn-əl-Arab və Rasulayn bölgələrində silahlı fəaliyyət həyata keçirib.

2022-ci ildə Ayn-əl-Arabda YPJ-nin (qadınlardan ibarət terrorçu qruplaşma) rəhbərlərindən olub.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …