Şənbə , 28 Mart 2026
Drone Cameras

Türkiyə kəşfiyyatı Suriyada PKK-nın rəhbərlərindən birini məhv edib

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) Suriyada keçirdiyi yeni əməliyyat nəticəsində PKK/YPG teror qruplaşmasının rəhbərlərindən biri məhv edilib.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, “Abu Dahham” kod adlı terrorçu Ömer Abdullah el Dahham Suriyanın Tabka vilayətinin rəhbəri olub.

Məlumata görə, terrorçu 2017-ci ildən etibarən “Fırat Qalxanı” və “Barış Pınarı” əməliyyatlarının icra edildiyi bölgələrdə Türkiyə Silahlı Qüvvələrinə qarşı təşkil olunan terror aktlarında iştirak edib.

O, MİT-in xüsusi qrupu tərəfindən addım-addım izlənilirmiş.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …