Bazar ertəsi , 31 Mart 2025
Drone Cameras

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri xüsusi təyinatlı təhsil müəssisələrində olub

Azərbaycanda səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqlara xüsusi təyinatlı təhsil müəssisələrinin tarixi və fəaliyyəti barədə brifinq təqdim edilib.

Türkiyəli nümayəndə heyəti təhsil müəssisələrinin ərazisi, tədris korpusları, maddi-texniki bazası və muzeyi ilə tanış olduqdan sonra tədris prosesini izləyib.

Professor E.Afyoncu təhsil müəssisələrindəki xatirə kitablarına öz ürək sözlərini yazıb.

Sonda qonaqlara komandanlıq adından hədiyyələr təqdim edilib.

Check Also

DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz …