Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyə Milli Təhlükəsizlik Şurası İsveç və Finlandiyaya çağırış edib

Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni ildə ilk iclası Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.

Boyukmillet.com xəbər verir ki, iclasın yekunları ilə bağlı mətbuat üçün açıqlama verilib.

Açıqlamada deyilir ki, NATO-ya daxil olmaq istəyən dövlətlər alyansın qanunlarına və ruhuna uyğun hərəkət etməlidirlər:

“Türkiyə Milli Təhlükəsizlik Şurası Üçtərəfli Memorandumdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırır. İsveç və Finlandiya anlaşma memorandumundan irəli gələn öhdəliklərini yerinə yetirmək və terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün konkret addımlar atmalıdır. Din, vicdan və fikir azadlığı kimi dəyərlərə xələl gətirən hərəkətləri təşviq edən və müdafiə edənlər nifrət cinayətlərinə ortaq olurlar”.

Check Also

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir …