Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalında Avstriyanı məğlub edən Türkiyə millisinin futbolçusu Merih Demiral iki rekorda imza atıb.
Boyukmillet.com xəbər verir ki, qarşılşamanın 1-ci dəqiqəsində rəqibin qapısına yol tapan 26 yaşlı müdafiəçi Avropa çempionatlarının pley-off mərhələlərində ən erkən qolu vurub.
Bundan əvvəlki rekord AVRO-2016-nın 1/4 finalının Portuqaliya – Polşa matçında qeydə alınıb. İkincilərin futbolçusu Robert Levandovski Portuqaliya yığmasının penaltilər seriyasında (5:3) qələbə qazandığı görüşün başlamasından 1 dəqiqə 40 saniyə sonra fərqlənmişdi.
Avstriya ilə matçda iki qol vuran M.Demiral həm də Türkiyə millisinin heyətində Avropa çempionatlarının pley-off matçlarında dubl edən ilk futbolçu olub.
Qeyd edək ki, Avstriya – Türkiyə matçı ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə yığmasının qollarını 1-si və 59-cu dəqiqədə M.Demiral rəqib qapısından keçirib.