Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Türkiyə MİT PKK terror təşkilatının məsul şəxsini xaricdə saxlayaraq ölkəyə gətirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının məsul şəxslərindən birini saxlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Təhlükəsizlik mənbələrinin məlumatına görə, MİT terror təşkilatı PKK/KCK-nın Suriyadakı strukturunun məsul şəxslərindən olan “Yılmaz” kod adlı Serhat Özmenin xaricdəki yerini müəyyən edib. MİT-in əməliyyatı ilə yaxalanan Özmen Türkiyəyə gətirilib.

Terror təşkilatına 2014-cü ildə qoşulan Özmenin bir çox bölgədə silahlı fəaliyyət göstərdiyi müəyyən edilib.

Onun Suriyadan sonra 2023-cü ilin əvvəlindən etibarən İraqdakı təşkilat strukturunda fəaliyyət göstərdiyi bildirilir.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …