Cümə , 19 Aprel 2024
Drone Cameras

Türkiyə ordusu Suriyaya girdi… Ərdoğan açıqladı, döyüş təyyarələri vurmağa başladı – YENİLƏNDİ

“Barış Pınarı” (Sülh Bulağı) əməliyyatı başladı…

Türkiyə Hərbi Qüvvələri Suriyanın şimalında yeni hərbi əməliyyatlara başlayıb. Baki-xeber.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Twitter hesabındabəyan edib.

O vurğulayıb ki, Türk ordusu “Sülh bulağı” adlı əməliyyat çərçivəsində Suriyanın şimalını YPG terrorçularından təmizləyəcək: “Məqsədimiz cənub sərhədlərimizdə formalaşdırılmağa çalışılan terror dəhlizini yox etməkdir. “Sülh Bulağı” əməliyyatı ilə ölkəmizə yönəlik terror təhdidini aradan qaldıracağıq. Formalaşdıracağımız təhlükəsiz bölgə sayəsində suriyalı qaçqınların öz ölkələrinə dönməsini təmin edəcəyik. Suriyanın ərazi bütövlüyünü qoruyacaq, bütün bölgə xalqını terrorun pəncəsindən qurtaracağıq”.

Ərdoğanın tvitindən bir neçə dəqiqə əvvəl Türkiyə döyüş təyyarələri Ceylanpınarın qarşısındakı Rasulayndakı terror hədəflərini vurmağa başlayıb. “Reuters”, “Barış Pınarı” (Sülh Bulağı) adı verilən əməliyyat çərçivəsində YPG terrorçularına aid silah anbarları və mövqelərin bombalandığını xəbər verir. Əsasən kürdlərdən ibarət olan “Suriya Demikratiq Qüvvələri” isə ABŞ vəkoalisiya qüvvələrindən Türkiyə qırıcılarının bombardmanını dayandırmaq üçün ölkənin şimalında uçuşa yasaq bölgə elan edilməsini istəyib.

CNN Türk isə ABŞ-ın Ankaradakı səfirinin Xarici İşlər Nazirliyinə çağrılaraq əməliyyat haqqında məlumatlandırıldığını bildirib.

Türkiyənin əməliyyata başlamasından dərhal sonra İraq da Suriya sərhədinə çox sayda hərbi qüvvə yeridib.

Hadisələrə münasibət bildirən NATO-nun baş katibi Stoltenberq bildirib ki, Türkiyənin əsaslandırılmış təhlükəsizlik qayğıları var: “Qorxunc terror hücumlarına məruz qaldı”. Almaniya, Böyük Britaniya və Fransa isə Türkiyənin Suriyanın şimalında əməliyyat başlatmasının ardından BMT Təhlükəsizlik Şurasını təcili toplantısını çağırıb.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi, Fəratın şərqinə gözlənilən hərbi əməliyyatın mümkün marşrutu üzərindəki qoşunların yerlərinin dəyişdirildiyini bildirib. “Reuters” və BBC-yə açıqlama verən rəsmilər isə, ABŞ əsgərlərinin çəkilmə əməliyyatı başa çatdıqdan sonra Türkiyənin əməliyyata başlayacağını söyləmişdi.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …