Cümə , 19 Aprel 2024
Drone Cameras

Türkiyə parlamentinin komitə sədri: “Azərbaycana dəstək olmaq üçün gəlmişik”

“Dünən Azərbaycana gəldikdən sonra ilk olaraq Prezident İlham Əliyev bizi qəbul etdi. Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdük”.

Boyukmillet.com report-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bugün Şəhidlər Xiyabanını ziyarət ediblər: “Həmçinin mərhum prezident Heydər Əliyevin də məzarını ziyarət etdik. Biraz əvvəl də xarici işlər naziri Ceyhun Bayramovun qonağı olduq”.

O xatırladıb ki, 44 günlük müharibədən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib: “Biz Azərbaycana dəstək olmaq üçün bura gəlmişik. Azərbaycanda Türkiyəyə və Türkiyədən gələn hər kəsə qarşı çox böyük sevgi var. Türkiyədə də azərbaycanlı qardaşlarımıza çox böyük dəstək verirlər”.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …