Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Türkiyə partiyası Trampın bəyanatlarına görə ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirib

Türkiyənin “Vatan” partiyası ABŞ Prezidenti Donald Trampın fələstinliləri Qəzza zolağından çıxarmaq niyyətində olması ilə bağlı bəyanatından sonra ABŞ-nin Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Bu barədə Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir.

“ABŞ-nin Qəzza ilə bağlı planları Böyük Kürdüstanın yaradılması üzrə böyük layihənin bir hissəsidir. Əgər biz Fələstinin dostlarıyıqsa, konkret addımlar atmalıyıq”, – partiya sədrinin müavini Utku Reyhan müraciətində bildirib.

Siyasətçi Türkiyə ərazisindəki NATO hərbi bazalarının bağlanmasına çağırıb.

Daha əvvəl Tramp bəyan etmişdi ki, ABŞ Qəzza zolağını “nəzarətə götürəcək” və regionda bərpa işlərinə cavabdeh olacaq, həmçinin onu bütün dünya üçün “Yaxın Şərq Rivyerası”na çevirəcək. Bununla yanaşı, Amerika lideri hazırkı Qəzza zolağının sökülməli olduğunu, onun sakinlərinin isə birdəfəlik digər ölkələrə, o cümlədən İordaniya və Misirə köçməli olduqlarını bildirib.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …