Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Türkiyə Prezidenti Finlandiya və İsveçin NATO-ya üzvlük şərtlərini xatırladıb

Türkiyənin Finlandiya və İsveçin NATO-ya qoşulma ərizələrini təsdiqləməsi onların Madrid memorandumu çərçivəsində terrorla mübarizə üzrə öhdəliklərini yerinə yetirməsindən asılı olacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.

Ərdoğan deyib ki, Türkiyə-İsveç-Finlandiya üçtərəfli memorandumuna dair ratifikasiya prosesinin sürəti bu ölkələrin atacağı müvafiq addımlarla müəyyənləşəcək.

Qeyd edək ki, Finlandiya və İsveçi NATO-ya qəbulu üçün Türkiyə üzvlük protokolunu ratifikasiya etməlidir.

Xatırladaq ki, bu il iyunun 28-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveç arasında Üçtərəfli Memorandum imzalanıb. Memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası avqustun 26-da Finlandiyanın Vantaa şəhərində keçirilib. Oktyabrın 5-6-da isə Ankarada Türkiyə Ədliyyə Nazirliyinin rəsmiləri İsveçdən olan həmkarları ilə görüşüblər.

Check Also

Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl …