Şənbə , 28 Mart 2026
Drone Cameras

Türkiyə Prezidenti müxalifətin çoxminli mitinqinə reaksiya verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xalq Cümhuriyyət Partiyasının lideri Kamal Kılıçdaroğliunun iştirakı ilə Mersində keçirilən mitinqə münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, Ərdoğan ölkənin cənub-şərqindəki Siirt şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, onun mitinqinə Xalq Cümhuriyyət Partiyasının mitinqindən daha çox adam gəlib.

“O (Kılıçdaroğlu) Mersində bizim Siirtdəki qədər insan toplaya bilmədi. Bizdən daha geniş bir ərazi ayırmağı xahiş etdi, amma heç olmasa onu doldursun”, – Ərdoğan deyib.

Türkiyə lideri vətəndaşları milli iqtisadiyyata inamı qorumağa çağırıb: “Biz gələn ilin birinci yarısında qiymət konyukturasının sabitləşməsinə nail olacağıq və istənilən ədalətsiz qiymət artımına qarşı qətiyyətlə mübarizə aparacağıq”.

Bundan əvvəl Türkiyənin əsas müxalifət partiyalarının liderləri Ərdoğanı lirənin məzənnəsinin rekord dərəcədə aşağı düşməsi fonunda erkən seçkilərə çağırıblar. O israrla vurğulayıb ki, Türkiyədə prezident və parlament seçkiləri planlaşdırıldığı kimi 2023-cü ilin iyununda keçiriləcək.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …