Bazar , 22 Noyabr 2026
Drone Cameras

Türkiyə Prezidenti Putin və Zelenski ilə danışacaq

“Bazar günü (dekabrın 11-də – red.) rusiyalı həmkarım Vladimir Putinlə danışacağam”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT World” forumunda çıxışı zamanı deyib.

“Eyni zamanda, ukraynalı həmkarım Volodimir Zelenski ilə danışacağam. Məqsədimiz “Taxıl sazişi”ni davam etdirmək, xüsusilə kasıb ölkələrə taxıl ixrac etməkdir”, – Türkiyə lideri bildirib.

Ərdoğanın sözlərinə görə, bütün dünya görüb ki, Türkiyə sülh üçün çalışır: “Səylərimizi gələcəkdə də davam edəcəyik”.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …