Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Türkiyə Prezidenti Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib.

Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, o, bu barədə Misir səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qəzzada qan axması hələ də dayanmayıb: “İsrailin hücumları davam edir. Sülh çağırışları ABŞ-nin mənfi təsirləri nəticəsində nəticəsiz qaldı. ABŞ bəzi rəsmilərini bu işi həll etmək üçün regiona göndərdiyini deyir, amma nəticə əldə olunmur”.

Ərdoğan vurğulayıb ki, Türkiyə bütün bunlara baxmayaraq, sülh və sabitlik üçün çalışmağa davam edir: “Çünki başqa çıxşı yolu yoxdur. Qərb rəsmiləri bizim təmasa keçəndə onlara da eyni sözləri deyirik”.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …