Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyə Qara dənizdə bir trilyon kubmetrdən çox qaz kəşf edib – Sensasiyalı açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 21-də Qara dənizdə qazma fəaliyyəti aparan Fatih gəmisinin Tuna-1 sahəsində 320 milyard kubmetr qaz kəşf etdiyini açıqlamışdı. 

Boyukmillet.com xəbər verir ki, Ərdoğanın müjdəsi öncəsi xarici agentliklər tərəfindən 800 milyard kubmetr olaraq ifadə edilən qaz kəşfinin əslində 1 trilyon kubmetrdən çox olduğu irəli sürülüb. 

İngilis dilində yayınlanan straturka.com saytının iddiasına görə, əslində Qara dənizində 1 trilyon kubmetrdən çox qaz kəşf edilib. Saytın yazdığına görə, 320 milyard kubmetri açıqlanan qazın digər hissəsinin mərhələli şəkildə Ərdoğan tərəfindən açıqlanması planlaşdırılır. 

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …