Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Türkiyə rəsmisi Ermənistana XƏBƏRDARLIQ ETDİ

“Ermənistanın belə əməlləri yeni deyil, bu əməllərdən asanlıqla əl çəkməyəcəyini də düşünürəm”.

Boyukmillet.com xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ermənistanın Kəlbəcər istiqamətində hücumlarına münasibət bildirən Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

Türkiyə Böyük Millət Məclisinin sədri qeyd edib ki, Azərbaycan Ermənistana sülh sazişinin imzalanmasını təklfi edib:

“Ermənistanda seçkilər keçirildi, Nikol Paşinyan qələbə qazandı. Ermənistan xalqı da bununla bir növ sülhə dəstək vermiş oldu. Mən Ermənistan xalqının da müharibə istədiyini düşünmürəm, müəyyən dairələr bunun tərəfdarı kimi çıxış edir. Ermənistan anlamalıdır ki, bunun yenə acı nəticələri ola bilər”.

Check Also

Bakıda daha bir bina SÖKÜLÜR: 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək. Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu …