Cümə , 29 Mart 2024
Drone Cameras

Ermənilərin itkisi 4-ə çatdı: Ovannisyan isə “üzə” çıxdı

Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində erməni hərbi birliklərinin təxribatı davam edərkən 44 günlük savaşdan sonra müharibə müddətində danışdığı saysız-hesabsız yalanlarına görə lənətlənən və buna görə də yoxa çıxan Artsrun Ovannisyan “tapılıb”.

Boyukmillet.com xəbər verir ki, Ovannisyan bugünkü döyüşlərlə bağlı erməniləri “diqqətli olmağa” səsləyən paylaşım edib.

Erməni Teleqram kanalları isə hazırda davam edən atışma ilə bağlı müxtəlif iddialar səsləndirməkdədirlər. “Mirotvorets” kanalı əslində Ermənistan MN-nin itkilərlə bağlı yaydığı məlumatın həqiqəti əks etdirmədiyini, ölü sayının 3 deyil, 4 olduğunu, yaralıların isə 3 nəfər olduğunu yazıb.

Eyni zamanda ermənilərin bir hərbi postdan qovulduğunu da sosial şəbəkə istifadəçiləri qeyd edirlər.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi bu gün yaydığı ilk açıqlamada 2 əsgərin yaralandığını, 5 əsgərin isə taleyinin naməlum olduğunu açıqlamışdı. İkinci açıqlamada isə 3 erməni əsgərin öldüyü, ikisinin yaralandığı bildirildi. Teleqram kanalları isə digər iki əsgərin taleyinə aydınlıq gətirilmədiyini bildirir. 

Check Also

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım – FOTO

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”. Boyukmillet.com bildirir ki, bu sözləri Xalq artisti …