Cümə , 3 May 2024
Drone Cameras

Türkiyə səfiri Azərbaycanın yardımı barədə: “Bunun adı qardaş köməyidir”

Türkiyənin respublikamızdakı səfiri Cahit Bağçı Azərbaycanın amfibiya tipli təyyarəsinin Muğladakı yanğınlarla mübarizəyə yardımını qardaş köməyi adlandırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb.

“Bunun adı qardaş köməyidir”, – səfir sosial şəbəkə hesabında vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

Dünən səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.

Check Also

Aİ Azərbaycana minalardan təmizlənmə üçün əlavə 8 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) minalardan təmizlənmə üçün Azərbaycana əlavə 8 milyon avro ayırmağı planlaşdırır. Boyukmillet.com xəbər …