Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Türkiyə səfiri Şuşada Atatürk küçəsinin açılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Prezident İlham Əliyevə təşəkkür edib.

Boyukmillet.com xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib.

“Azad Qarabağın hər bir nöqtəsi və küçəsinin yenidənqurma işləri ilə şəxsən məşğul olan Azərbaycan Prezidenti cənab Əliyev Qafqazın tacı, Qarabağın incisi və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada yenilənən Atatürk küçəsini açdı. Təşəkkürlərimizlə”, – o bildirib.

Qeyd edək ki, bu gün Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub. Küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …