Cümə axşamı , 15 May 2025
Drone Cameras

Türkiyə Silahlı Qüvvələrinin bir sıra ərazilərdəki mandatı uzadılır

Türkiyə Silahlı Qüvvələrinin Ədən körfəzi, Somali sahilləri, Ərəb dənizi və bitişik ərazilərdə qalma müddəti daha 1 il müddətinə uzadılır.

Boyukmillet.com xəbər verir ki, bu barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.

Sənəddə Türkiyə Silahlı Qüvvələrinin sözügedən ərazilərdəki mandatının 2024-cü il fevralın 10-dan etibarən daha 1 il uzadılması nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 2009-cu ildən BMT-nin sülhməramlı missiyası çərçivəsində həmin bölgələrdə xidmət edir. Onların mandatı indiyə qədər 13 dəfə uzadılıb.

Check Also

Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub

İstanbul danışıqlarında iştirak edəcək Rusiyanın nümayəndə heyətinin və ekspertlər qrupunun tərkibi məlum olub. Boyukmillet.com xəbər verir …