Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Türkiyə Suriyada əməliyyata başlaya bilər

Türkiyə Suriyada əməliyyata başlaya bilər.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “CNN Türk”ə müsahibəsində deyib. 

O, bildirib ki, Türkiyə Silahlı Qüvvələri 7/24 xidmət edir, döyüş hazırlığı vəziyyətindədir: “Burada filan şey, orada başqa şey olacaq, demək istəmirəm. Bizim demək istədiklərimizi onsuz da Prezident Rəcəb Tayyib Ərdoğan deyib. Suriyaya gəlincə, bütün silahlı qüvvələrimiz hazır vəziyyətdədir və hər gün üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır”.

Qeyd edək ki, Ərdoğan daha əvvəl deyib ki, Ankara və Dəməşqlə əməkdaşlıq edənlər qazanacaq.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …